AZELTECH

məhdud məsuliyyətli cəmiyyət

Xidmətlər

Hər hansı bir elektron cihazın yaradılması zamanı yeni fikir ilə istehsal nümunəsi-prototip arasında olan mərhələ sxemotexnika mərhələsidir. Sxemotexnikanın əsas vəzifəsi müəyyən funksiyaların yerinə yetirilməsini təmin edəcək elektron sxem strukturlarının hazırlanması bu struktura daxil ediləcək elementlərin – tranzistor, diod, inteqral sxemlər, mikrokontroller və sair elektron komponentlərin parametrlərinin hesdablanmasıdır. Qeyd edək ki, düzgün qurulmuş sxem elektron cihazın texniki və iqtisadi göstəricilərinin balansıdır. Komandamız hər hansı elektron cihaz və ya elektron blokun hazırlanması zamanı aşağıda sadalanan işləri yerinə yetirir.

  1. Yaradılması nəzərdə tutulan elektron cihaz və ya elektron blokun texniki tapşırığının hazırlanması. 

    Hər bir konstruktor işi kimi elektron sxemlərin hazırlanması da texniki tapşırıqdan başlayır. Texniki tapşırıq müştərinin elektron dövrəyə dair tələblərinin ətraflı təsviridir, məsələn, giriş və çıxış siqnallarının xassələri, elektrik qidalanması və enerji istehlakı kimi müxtəlif elektrik parametrlərini əhatə edə bilər. Bundan əlavə ölçü, kütlə, nəmlik müqaviməti, işləmə temperaturu, vibrasiua və aşınmalara dayanıqlığı və s. kimi parametrlər müəyyən edilə bilər.

  2. Texniki şərtin tələblərinə cavab verən elektron sxemin layihələndirilməsi, istifadə ediləcək elektron komponentlərin seçimi və parametrlərinin hesablanması.

    Elektron sxemin layihələndirilməsi onun mürəkkəbliyindən asılı olaraq bir neçə mərhələdən keçir. Birinci mərhələ texniki tapşırığı blok sxem şəklinə çevirməkdir. Bu blokların funksional vəzifələri siqnal emalının xüsusiyyətlərinə diqqət yetirməklə ətraflı nəzərdən keçirilir. Tələb olunan məsələlərin həlli üçün bu mərhələ praktik tətdqiqatlar və ya proseslərin riyazi modelləşməsini, proqramlaşdırma tələb edə bilər. Bu yanaşma hətta ən mürəkkəb məsələ olsa belə daha kiçik fraqmentləri belə nəzərə almağa imkan verir. Blokla mühəndis qrupları arasında bölüşdürülə, ardıcıl və ya paralel şəkildə işlənə bilər. Bundan sonra blok sxem əsasında prinsipial sxem işlənilir. Bir qayda olaraq bu mərhələ nisbətən uzun mərhələdir, çünki praktik məhdudiyyətlərin uzun siyahısını nəzərdən keçirmək və bu məhdudiyyətləri aradan qaldırmaq tələb olunur. Bura sxemin komponentlərinin qarşılıqlı təsiri və təchizat xidmətinin təmin edə biləcək imkanları, mövcudluğu, bütün strukturun davamlılığı və standartlara uyğunluq tələbləri də daxildi.

  3. Elektron sxemə uyğun olaraq çap lövhəsinin topologiyasının layihələndirilməsi və təcrübi nümunənin hazırlanması. 
  4. Elektron komponentlərin çap lövhəsinə montajı və elektron dövrənin yoxlanması. 
  5. Proqram təminatının yazılması. 
  6. Elektron blok və cihazın istehsalatdan əvvəlki nümunəsi – prototipinin hazırlanması.