AZELTECH

məhdud məsuliyyətli cəmiyyət


Bu gün istifadədə olan istər müasir məişət cihazlarının, laboratoriya və tibb avadanlıqlarının, sənaye dəzgahları və ölçmə cihazlarının, istərsə hərbi texnikanın əsasını elektron komponentlər təşkil edir. Müasir elektronika sənayesi iki istiqamətin – sadalanan cihazlarda və texnikada istifadə olunan elektron komponentlərin və bu komponentlər əsasında hazırlanan son məhsul olan cihaz və avadanlıqların hazırlanma sənayesi olmaqla cihazqayırmanın ən elm tutumlu sahəsidir.

Ümumilikdə istehsal olunan cihaz və avadanlıqların 2/3 hissəsini mürəkkəb elm tutumlu texnika təşkil edir. İstənilən müasir elektron cihazın hazırlanması mərhələli şəkildə aparılan ideya, elmi-tədqiqat, tədqiqat konstruktor işləri, alınmış nəticələrin analizi, proqramlaşdırma, sxemotexnika, çap lövhələrinin topologiyasının işlənməsi, konstruktiv hissələrin layihələndirilməsi və hazırlanması, prototiplərin hazırlanması və sonda seriya istehsalının təşkili kimi proseduraların nəticəsidir. İnnovativ texnologiyaların tətbiqi, elmi potensialın cəlb edilməsi elektronika sənayesinin inkişafına, bu isə öz növbəsində hərbi sənayenin, tibb sənayesinin, kənd təsərrüfatı sənayesinin inkişafına səbəb olur.

Azərbaycan Milli Elmlər Akademiyası 1 saylı Strateji Elmi Tədqiqatlar laboratoriyası əsasən müdafiyə əhəmiyyətli məhsulların yaradılması sahəsində ixtisaslaşaraq yeni fikirdən hazır məhsulun seriya istehsalının təşkili mərhələsinə qədər olan proseduraların öhdəsindən gəlmək iqtidarındadı. Bunun üçün laboratoriya elmi tədqiqat cihazları, prototip istehsalı üçün avadanlıqlarla təchiz olunub və müvafiq kadr potensialı var. Laboratoriyada yaradılan bir neçə müdafıə təyinatlı məhsul sınaqları keçirilmış və seriya istehsalının təşkilinə tam hazırdı. Bu və gələcəkdə yaradılacaq digər məhsulların seriya istehsalının təşkili əsasən AMEA-nın elmi tədqiqat müəssisələrində hazırlanan məhsulların istehsalı üçün yaradılan texnopakda - AMEA Yüksək Texnologiyalar Parkında nəzərdə tutulub. Yüksək Texnologiya Parkında elmi-tədqiqat və istehsal müəssisələrinin birgə və sıx əməkdaşlığı istər öəlkəmizin müdafiə qüdrətinin artmasında əhəmiyyətli rolu olacaq elektron blok və cihazların istehsalına, istərsə də digər sahələrdə istifadə olunan elektron cihaz və blokların istehsalına öz töhvəsini verəcək.

AMEA YT parkı yeni yarandığından bu cür istehsal gücünə malik rezidentlərin və ümumilikdə Respublikamızda elektron cihazlar istehsal edəcək istehsal xətti və avadanlıqlar olmadığından laboratoriya əməkdaşları yaradılan məhsulların istehsalını təşkil etmək üçün “AZELTECH” adlı MMC təsis etmiş və AMEA YT Parkında rezident statusu almışdır.

Xəbərlər